ÇıxışYolu.Com - “CinemaPlus”da Ledi Qaqa rüzgarı

ÇıxışYolu.Com – “CinemaPlus”da Ledi Qaqa rüzgarı

Baxış sayı: 2. 349 dəfə baxılıb.

ÇıxışYolu.Com - “CinemaPlus”da Ledi Qaqa rüzgarı

“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında premyeradan iki gün öncə “Ulduz doğuldu” musiqili filminin nümayişi keçirilib. 

ÇıxışYolu.Com xəbər verir ki, “Ulduz doğuldu” – Amerika musiqili dramı, klassik Hollivud filminin üçüncü remeykidir.

Film tanınmış amerikalı ifaçı – Ledi Qaqa ilə birlikdə əsas rollardan birini oynayan məşhur aktyor Bredli Kuperin rejissorluq debütü oldu. 

Filmdə Sem Elliot, Deyv Çeppell, Entoni Ramos, Bonni Somervill və başqaları rol alıblar.

Film haqqında qısaca olaraq: Kantri-musiqiçi Cekson Meyn, hansının ki, karyerası aşağı düşür, bir gün tanınmamış istedadlı müğənni Elli ilə tanış olur. Qəhrəmanlar arasında sevgi macərası başlayır. Cek Elliyə uğur qazanmağa kömək edir. Lakin Ellinin musiqi karyerası inkişaf etdikcə, Cek aşağı düşən şöhrəti ilə barışa bilmir.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

www.ÇıxışYolu.Com