ÇıxışYolu.Com - Çobanların it üstündə düşən qanlı savaşı

ÇıxışYolu.Com – Çobanların it üstündə düşən qanlı savaşı

Baxış sayı: 3. 093 dəfə baxılıb.

ÇıxışYolu.Com - Çobanların it üstündə düşən qanlı savaşı

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Natiq Bünyatovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. 

ÇıxışYolu.Com-ın xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. 

İttihama münasibət bildirən N.Bünyatov özünü qismən təqsirli bilib. O, sərbəst ifadə verərək deyib ki, qətlə yetirdiyi Zaur Hacıyev onu dəfələrlə təhqir edib:

“Heç bir səbəb olmadan məni hadisə günü dəfələrlə təhqir edib. Evimə gəlib, çölə çağırdı, söydü. Mən də evdən ov tüfəngini götürüb, onu öldürdüm. Silahı isə tanımadığım şəxsdən almışdım. Onu öldürmək istəmirdim, məqsədim qorxutmaq idi”. 

Təqsirləndirilən şəxs Z. Hacıyev tərəfindən təhqir edilməsini səbəbini açıqlamayıb. 

Sonra şahidlər ifadə verib. 

Qeyd edək ki, 2018-ci ilin yanvar ayında Şamaxıda qətl hadisəsi baş verib. Hadisə rayonun Acıdərə qəsəbəsi ərazisindəki fermada qeydə alınıb.  Şamaxı rayonunun Sabir qəsəbə sakini, 1996-cı il təvəllüdlü Bünyatov Natiq Şirinbala oğlu rayon sakini Hacıyev Zaur Seyidağa oğlu ilə şəxsi münasibətlər zəminində mübahisə edib.

Mübahisə nəticəsində N.Bünyatov odlu silahla Z.Hacıyevi güllələyib. Çox keçmədən baş verən silahlı insidentin təfərrüatı məlum olub. Qətlə yetirilən çoban Zaur Hacıyevin iti Natiq Bunyatovun itini öldürüb. Bunu görən N.Bünyatov da Z.Hacıyevin yaşadığı evə gələrək ov tüfəngi ilə onun itini öldürüb. Sonradan hər iki çobanın arasında mübahisə yaranıb və N.Bünyatov Zaura ov tüfəngindən yeddi dəfə atəş açıb. Z.Hacıyev hadisə yerində ölüb.

N.Bünyatov hadisə yerindən qaçsa da, polis əməkdaşları tərəfindən saxlanılıb.

Etibar Məmmədov
www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!

.

.