ÇıxışYolu.Com - Coratda təhlükəli tapıntı

ÇıxışYolu.Com – Coratda təhlükəli tapıntı

Baxış sayı: 2. 494 dəfə baxılıb.

Sumqayıt şəhərinin Corat qəsəbəsində partlamamış hərbi sursat tapılıb. 

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) ÇıxışYolu.Com-a verilən xəbərə görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları daxil olan məlumat əsasında qəsəbədə bir ev və həyətyanı sahəyə baxış keçiriblər. 

Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən bir ədəd top mərmisi aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

ÇıxışYolu.Com - Coratda təhlükəli tapıntı

Mərminin tapıldığı yerin ətrafında 20 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

www.ÇıxışYolu.Com