Beyləqan rayonunun Daşburun qəsəbəsində partlamamış hərbi sursat tapılıb.
Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) ÇıxışYolu.Com-a verilən məlumata görə, oktyabrın 23-də ANAMA mütəxəssisləri və DİN-in Beyləqan rayon Polis şöbəsinin əməkdaşları tərəfindən 2 ədəd 122 mm-lik top mərmisi (OF-56) və 24 ədəd boş giliz aşkar olunub.
Havanın qaranlıq olması ilə əlaqədar olaraq əməliyyat-axtarış tədbirləri 2018-ci il 24 oktyabr tarixində də davam etdirilib, nəticədə əlavə olaraq 1 ədəd 100 mm-lik top mərmisi (OF-412) və 26 ədəd boş giliz aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
2018-ci il 23-24 oktyabr tarixlərində keçirilmiş operativ əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 3 ədəd partlamamış hərbi sursat və 50 ədəd boş giliz aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.