ÇıxışYolu.Com – Dünya çempionumuz: Əlimdə və dizimdə zədə var idi

Baxış sayı: 2. 363 dəfə baxılıb.

ÇıxışYolu.Com - Dünya çempionumuz: Əlimdə və dizimdə zədə var idi

Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında 55 kq-da dünya çempionu olmuş Eldəniz Əzizli final görüşündən sonra çıxışı haqqında danışıb.

ÇıxışYolu.Com xəbər verir ki, yunan-Roma güləşçimiz qələbəsini belə şərh edib: 

“Uğurumun səbəbi baş məşqçi Şaban Donatın düzgün məşq sistemidir. Bütün komanda məşqçilərimizin düzgün məşq sistemi sayəsində yaxşı hazırlıq keçmişdi. İnanıram ki, medalların davamı olacaq. Hər zaman yanımızda olan bütün məşqçilərimizə minnətdarlığımı bildirirəm.

Dünya çempionatından əvvəl açıqlanan reytinqdə lider olduğum üçün favorit sayılırdım. Buna baxmayaraq, yarışın stressi var idi. Çünki istənilən halda, bu, dünya çempionatının finalı idi”.

Əzizli bu il çox uğurlu çıxış etməsinin səbəbini belə izah edib: 

“2-3 il əvvəl çəkiləri dəyişmişdilər. Əvvəlki çəki sistemi mənə bir az ağır gəlirdi. Yenidən öz çəkimi qaytardılar. Allaha şükürlər olsun. Məşqçimiz Turac Hüseynli mənim rəqiblərimdən qat-qat güclü olduğumu deyirdi. Bu da mənə stimul verirdi. Həm əlimdə, həm də dizimdə zədə var idi. Ancaq şükürlər olsun ki, çempion ola bildim. Növbəti hədəfim Olimpiya çempionluğudur”.

Güləşçimiz qələbəsini iyunda vəfat etmiş yazıçı, publisist, jurnalist Akif Şahverdiyevin ruhuna ithaf etdiyini bildirib. O qeyd edib ki, mərhum onun ailəsinə yaxın biri olub.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com