Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Şəki regional şöbəsinin əməkdaşları qaydaları pozan sürücülərə qarşı reyd keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan ÇıxışYolu.Com-a verilən məlumata görə, reyd zamanı bir sıra avtobus və mikroavtobus sürücülərinin müvafiq sənədləri, fərqlənmə nişanları olmadan qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu məlum olub.
Avtomobilin üst hissəsinə qanunsuz olaraq yük yeri bağlayan, sərnişindaşıma və yükdaşıma qaydalarını pozan sürücülər aşkarlanıb.
Ümumilikdə, 25 sürücü barəsində inzibati tədbirlər görülüb.
ÇıxışYolu.Com yeniləndi!