ÇıxışYolu.Com - Eldar Mahmudovun adı keçən mənimsəmə işi məhkəmədə

ÇıxışYolu.Com – Eldar Mahmudovun adı keçən mənimsəmə işi məhkəmədə

Baxış sayı: 2. 636 dəfə baxılıb.

ÇıxışYolu.Com - Eldar Mahmudovun adı keçən mənimsəmə işi məhkəmədə

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 30 milyon manatın mənimsənilməsində təqsirləndirilən Sahib Ağayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. 

ÇıxışYolu.Com xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Sonra təqsirləndirilən şəxsin vəkilləri cinayət işi materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyiblər. Buna görə iclas oktyabrın 17-dək təxirə salınıb. 

İttihama görə, S.Ağayevin rəhbərlik etdiyi şirkət Bakıda keçirilən Avropa Oyunları ərəfəsində sonradan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi ilə Avropa Oyunlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə xüsusi avadanlığın gətirilməsi və quraşdırılması üzrə müqavilə bağlayıb. Müqavilə 30 milyon manat məbləğində olub. Bir müddət sonra həmin pullar S.Ağayevin xarici şirkətinin hesabına yatırılıb. 

Bundan sonra S.Ağayev Qazaxıstana qaçıb və Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olub.

Qeyd edək ki, iş üzrə şahid qismində keçmiş Milli təhlükəsizlik naziri Eldar Mahmudovun da adı keçir. O, bu məsələ ilə bağlı istintaqa ifadə verib. 

Etibar Məmmədov
www.ÇıxışYolu.Com