ARB TV-nin “Show News” verilişininin növbəti müsahibi “Eurovision-2011”in qalibi Eldar Qasımov olub.
ÇıxışYolu.Com-ın xəbərinə görə, müğənni saçlarını açıq rəngə boyamasından söz açıb:
“Çoxdan istəyirdim ki, dəyişiklik edim. Saçlarımın platin ağ olmağını istəyirdim. Yayda qərara gəldim ki, edim. Mən, ümumiyyətlə, yazılan şərhlərə baş qoşmuram. Çünki həm sevənlər, həm də sevməyənlər var, hamısının canı sağ olsun. Əsas odur ki, məni xoşbəxt edən şeyi edirəm. Mənim üçün ailə məxfidir. Mən açıq insanam. İnsanların qarşısında, demək olar ki, ruhi lütəm”.