ÇıxışYolu.Com - Elməddin çətin günlərindən danışdı: “Şəpit” satırdım

ÇıxışYolu.Com – Elməddin çətin günlərindən danışdı: “Şəpit” satırdım

Baxış sayı: 2. 274 dəfə baxılıb.

ÇıxışYolu.Com - Elməddin çətin günlərindən danışdı: “Şəpit” satırdım

ARB TV-nin “Boş anlar” verilişinin qonağı olan tanınmış aktyor Elməddin Cəfərov tələbəlik illərində yaşadığı çətin günlərindən bəhs edib.

ÇıxışYolu.Com xəbər verir ki, aktyor yaşadığı çətin günləri xatırlamaqla proqramın aparıcısını da kövrəldib.

“Birinci kursda universitetdə ən imkanlı uşaqlardan biri idim. Atamın imkanı yaxşı idi. O vaxt kaşmir paltolar dəbdə idi və çox baha idi. Bəlkə də, universitetdə tələbə olaraq mən geyinirdim belə şeyləri. Birinci və dördüncü kurslar arasında uçurumlar yaşadım. Dördüncü kursda “şəpit” satırdım. Satmağa məcbur idim, çünki evin kişisi mən idim. Qazancım az idi. 

Avtobusla getməməli və yemək yeməməli idim. Onun dərdindən piyada gedib-gəlirdim. Amma ac da qalmırdım. Evdən pomidor, bir az çörək və su aparırdım. Suda problem yaşayırdım. Çünki yayda su o qədər qaynar olurdu ki, içiləsi olmurdu, amma birtəhər içirdim. Hamı sərin su içəndə baxırdım ki, ay Allah, sərin su… Ən adi bir şey idi, amma o belə əlçatmaz idi.

Mənə üstdən aşağı baxırdılar. Deyirdilər ki, “Nə oldu? İmkanlı idiniz bəs, indi gəlib “şəpit” satırsan. Mən də hər zaman deyirdim ki, gün gələcək normal bir yerdə olacam və mənimlə fəxr edəcəksiniz. Gülürdülər… Deyirdilər, hə, yaxşı, “şəpit”ini sat”.