Müğənni Elnarə Xəlilova yenidən aparıcılıq edəcək.
ÇıxışYolu.Com xəbər verir ki, onun proqramı noyabr ayının 1-dən etibarən, “Anten” FM-də başlayacaq.
“Konfet” adlanan verilişdə mətbəx, dəb, sağlamlıq, gözəllik, ailə və məişət mövzusunda söhbətlər gedəcək.
Qeyd edək ki, proqram həftə içi beş gün efirdə olacaq.