ÇıxışYolu.Com – Erik Davidoviçə hökm oxundu

Baxış sayı: 2. 468 dəfə baxılıb.

ÇıxışYolu.Com - Erik Davidoviçə hökm oxundu

Tanınmış bloqer, “Smotra.ru” avtoqrupunun təsisçisi Erik Davidoviç məhkəmənin qərarı ilə dörd il səkkiz ay müddətinə azadlıqdan məhrum edilib.

ÇıxışYolu.Com-ın RİA Novosti-yə istinadən xəbərinə görə, Doroqomilovsk Rayon Məhkəməsi E.Davidoviçi avtomobil sığortası zamanı dələduzluqda və çirkli pulların yuyulmasında təqsirli bilib.

İstintaqın versiyasına görə, Erik Davidoviç “Lexus LS430”, “Mercedes SL 55 AMG”, “BMW М5” və “BMW 745i” kimi sığortalanmış premium avtomobillərin oğurlanmasını səhnələşdirib. Bloqer sonradan saxta sənədlər vasitəsi ilə maşınlara görə kompensasiya alıb.

E.Davidoviçin ümumilikdə 10 milyon rubl məbləğində ziyan vurduğu məlum olub. 

Bloqer özünü irəli sürülən ittihamla təqsirli bilməyib. 

www.ÇıxışYolu.Com