ÇıxışYolu.Com – Ermənilər Moskvada MMA turnirində dava saldılar

Baxış sayı: 2. 317 dəfə baxılıb.

ÇıxışYolu.Com - Ermənilər Moskvada MMA turnirində dava saldılar

Moskvada qarışıq döyüş növləri üzrə (MMA) keçirilən “Absolute Championship Berkut” turnirində dava düşüb.

ÇıxışYolu.Com-ın verdiyi xəbərə görə, hadisə Georgi Qaraxanyanla Timur Naqibinin döyüşündən sonra baş verib. Naqibin hakim döyüşü saxladıqdan sonra rəqibinə zərbə endirdiyinə görə yarışdan kənarlaşdırılıb, qələbə Qaraxanyana verilib.

Naqibinin komandası paltardəyişmə otağına gedərkən erməni azarkeşlərin hücumuna məruz qalıb. Kütləvi davanın daha ciddi qarşıdurmaya keçməsinə polis qüvvələri imkan verməyib.

www.ÇıxışYolu.Com