ARB TV-nin “Boş Anlar” verilişinin növbəti qonağı aktyor Fərda Xudaverdiyev olub.
ÇıxışYolu.Com xəbər verir ki, Fərda bu aralar çətin günlər yaşadığını deyib:
“Borclarım var. Həm də çoxdur. Yəqin ki, Allah güc verəcək, işləyəcəyik, necə ki, bu gün işləyirik. Bunların öhdəsindən gələcəyik. Kimsə bizi çağırıb “Ay böyük sənətkar, bağladım borclarını” deyəsi deyil.
Mənə maşın hədiyyə olunanda sevincimdən yerə-göyə sığmırdım. O insanlara bir daha təşəkkür edirəm. Maşınım hələ də kreditdədir. Bizi, sadəcə, rahatladan şöhrətimizdir”.
.