ÇıxışYolu.Com – “Femen” hərəkatının fəalı Trampın qarşısını kəsməyə çalışdı

Baxış sayı: 2. 886 dəfə baxılıb.

ÇıxışYolu.Com - “Femen” hərəkatının fəalı Trampın qarşısını kəsməyə çalışdı

“Femen” hərəkatının fəalı sinəsi açıq vəziyyətdə ABŞ prezidenti Donald Trampın Paris küçələri ilə hərəkət edən avtomobil karvanının qarşısını kəsməyə cəhd edib.

ÇıxışYolu.Com-ın verdiyi xəbərə görə, yarımçılpaq vəziyyətdə olan qadın mühafizənin gözündən yayınaraq Tarmpın avtomobilinə tərəf “Saxta sülhməramlılar” qışqıraraq qaçıb. 

Fransanın hüquq mühafizə orqanlarının əməkdaşları fəalı dərhal saxlayıblar.

Qeyd edək ki, Amerika lideri Birinci dünya müharibəsinin bitməsinin 100 illiyi münasibəti ilə keçirilən tədbirlərdə iştirak etmək üçün Fransaya dünən gəlib.

www.ÇıxışYolu.Com