ÇıxışYolu.Com – Firdovsi Umudovu rüşvətxorluqda ittiham etdilər

Baxış sayı: 2. 646 dəfə baxılıb.

Yerli internet televiziyalardan biri özünü Elçin Mürşüdov kimi təqdim edən şəxsdən müsahibə alıb. O, müsahibəsində öncə sərbəst güləş üzrə ölkə çempionu olduğunu, daha sonra isə UFC-yə keçdiyini deyib. Bundan sonra qaydasız döyüş üzrə yığmaya cəlb olunmaq üçün sərbəst güləş yığmamızın baş məşqçisi Firdovsi Umudova müraciət etdiyini və bunun üçün ondan 4500 manat tələb olunduğunu açıqlayıb.

ÇıxışYolu.Com xəbər verir ki, idmançının dedikləri ilə bağlı Azərbaycan Güləş Federasiyası (AGF) bəyanat yayıb. 

Bəyanatda bildirilir ki, iki dəqiqəlik müsahibədə bir-birinə zidd və məntiqsiz fikirlər səsləndirilib: 

“Belə bir şəxs sərbəst güləşdə ölkə çempionu olmayıb. Məsələnin ən maraqlı tərəfi isə qaydasız döyüşlə məşğul olan birisinin yığmaya düşmək üçün AGF-yə müraciət etməsidir. Sərbəst güləşdə böyük və baş məşqçi kimi böyük uğurlar qazanmış Firdovsi Umudov başqa idman növü ilə məşğul olan bir şəxsi necə milliyə cəlb edə bilər? İstər UFC yığması olsun, istərsə də güləş. Yığmanın çalışdırıcısı üzünü belə görmədiyi şəxsdən 4500 manat rüşvət istəməkdə ittiham olunur.


Bu şəxsin yalançı (bəlkə də ondan belə danışmaq tələb olunub – AGF) olduğunu anlamaq üçün son cümlələrindən birinə də diqqət yetirin: “II-III yerlər uğrunda döyüşdə azərbaycanlı idmançını döyüb, II yerə çıxdım”.

ÇıxışYolu.Com - Firdovsi Umudovu rüşvətxorluqda ittiham etdilər

Elçin Mürşüdov

Özünü dünya ikincisi adlandıran bu şəxs bilməlidir ki, əksər fərdi idman növlərində çempionluq və III yer uğrunda görüş keçirilir. II yeri yalnız finalda uduzmaqla tutmaq mümkündür”.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com