Fransanın “Sent-Etyen” klubunun futbolçusu Viliam Qomis öldürülüb.
ÇıxışYolu.Com xəbər verir ki, 19 yaşlı müdafiəçi dünən atılan güllədən sonra dünyasını dəyişib.
O, doğulduğu Fransanın cənubundakı La Sen-sür-Mer adlı ərazidə güllələnib. Artıq klub bu xəbəri təsdiqləyib.
Qeyd edək ki, “Sent-Etyen”in ikinci komandasının üzvü olan Viliam Qomis hazırda “Qalatasaray”da çıxış edən hücumçu Bafetimbi Qomisin qohumudur.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com