Fransada xüsusi əməliyyat zamanı gürcü, azərbaycanlı və ermənilərin yer aldığı mütəşəkkil cinayətkar qruplaşmanın üzvləri saxlanılıb.
ÇıxışYolu.Com Gürcüstan mediasına istinadən xəbər verir ki, VORS 69-01 adı verilmiş xüsusi əməliyyat Lion şəhərində keçirilib.
Saxlanılan 22 nəfərdən 10 nəfər Gürcüstan vətəndaşıdır. Onların arasında iki “qanuni oğru” var.
Əməliyyata Fransa, Belçika və Gürcüstan hüquq-mühafizə orqanlarının 300-dək əməkdaşı cəlb olunmuşdu.
Bildirilir ki, Fransa və Belçika ərazisində fəaliyyət göstərən cinayətkar qruplaşmanın üzvləri əsasən mənzilləri qarət ediblər, avtomobilləri oğurlayıblar, habelə saxta sənədlərin hazırlanması və qeyri-qanuni narkotik satışı ilə məşğul olublar.
ÇıxışYolu.Com yeniləndi!