“Sarı jiletlər” etiraz aksiyasının səkkizinci aktı çərçivəsində Fransanın Paris və digər şəhərlərində polis və aksiyaçılar arasında toqquşma olub.
ÇıxışYolu.Com xəbər verir ki, bu haqda AZƏRTAC yazır.
Parisdə bir neçə məhəllədə, xüsusilə Sen Jermen prospektində gərgin vəziyyət yaranıb. Velosiped və motosikletlər yandırılıb.
Aksiyaçılar Yelisey çölləri prospekti istiqamətində irəliləyiblər. “Etoile” meydanı mühasirəyə alınıb. Polis aksiyaçıları dağıtmağa çalışır və onları hər tərəfdən məngənə kimi sıxır. Aksiyaçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edilib.
Polisin cəhdlərinə baxmayaraq, aksiyaçılar Yelisey çöllərinə doğru irəliləyirlər.