ÇıxışYolu.Com – Fransada iğtişaşlar: 700 nəfər saxlanılıb

Baxış sayı: 3. 435 dəfə baxılıb.

ÇıxışYolu.Com - Fransada iğtişaşlar: 700 nəfər saxlanılıb

Fransada etiraz aksiyalarına qoşulan insanların sayı 71 min nəfərə çatıb, onlardan 700 nəfər saxlanılıb.

ÇıxışYolu.Com bildirir ki, bu haqda Fransa Daxili İşlər Nazirliyi yanında dövlət katibi Loran Nunyes məlumat verib.

14:48

Fransada “sarı jiletlər”in etiraz aksiyası davam edir.

ÇıxışYolu.Com Fransadan xəbər verir ki, Parisdə polis mitinq iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. 

Cavab olaraq, etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və şüşə atıblar. 

Səhər saatlarından təkcə Parisdə 480 nəfərin saxlanıldığı bildirilir.

Hazırda iğtişaşlar davam edir, şəhərdə partlayış səsləri eşidilir.

Qeyd edək ki, Fransada kütləvi etiraz aksiyaları noyabr ayının ortalarında hökumətin yanacaq qiymətlərini qaldırmasından sonra başlayıb.  Təzyiqlərlə üzləşən hökumət yanvarın 1-dən (2019) etibarən qüvvəyə mindirəcəyi yeni yanacaq vergisinin tətbiqini yarım il müddətinə ertələyib.

Ancaq etirazçılar təkcə bununla kifayətlənməyiblər.

“Sarı jiletlilər” Fransanın ən iri şəhərlərində kütləvi etiraz aksiyaları təşkil edərək hökuməti istefaya çağırırlar.

www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!

.

.