ÇıxışYolu.Com – Futbol əfsanəsi Bakıya gəlir

Baxış sayı: 2. 235 dəfə baxılıb.

Dekabrın 22-də Bakıda Avropa Liqasına həsr olunmuş muzey açılacaq.

ÇıxışYolu.Com-ın verdiyi məlumata görə, bununla əlaqədar olaraq ölkəmizə Argentina yığmasının əfsanəvi oyunçusu, “Milan”, “İnter” və “Çelsi”nin keçmiş futbolçusu Hernan Krespo təşrif buyuracaq.

Qeyd edək ki, muzey yanvarın 7-nə qədər Nizami Gəncəvi adına Azərbaycan milli ədəbiyyat muzeyinin yaxınlığında fəaliyyət göstərəcək. Maraqlananlar muzeyi pulsuz ziyarət edə bilərlər.

Xatırladaq ki, UEFA Avropa Liqasının finalı 29 may 2018-ci il tarixdə Bakı Olimpiya Stadionunda keçiriləcək.

www.ÇıxışYolu.Com