ÇıxışYolu.Com - Gədəbəy sakini Gəncədə qətlə yetirildi

ÇıxışYolu.Com – Gədəbəy sakini Gəncədə qətlə yetirildi

Baxış sayı: 2. 208 dəfə baxılıb.

ÇıxışYolu.Com - Gədəbəy sakini Gəncədə qətlə yetirildi

Gəncə şəhərində qətl törədən şəxs saxlanılıb.

ÇıxışYolu.Com Report-a istinadən xəbər verir ki, Gədəbəy rayon sakini, 1987-ci il təvəllüdlü Elvin Vidadi oğlu Katiblini qətlə yetirməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini, 1991-ci il təvəllüdlü Azər Akif oğlu Nağıyev polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, A.Nağıyev mübahisə zəminində E.Katibliyə çoxsaylı bıçaq zərbələri vuraraq onu ağır yaralayıb. E.Katibli ağır vəziyyətdə xəstəxanaya aparılsa da, kəskin qanaxmadan ölüb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

09:48

Gəncə şəhərində qətl hadisəsi törədilib.

ÇıxışYolu.Com-ın Report-a istinadən məlumatına görə, Gəncə şəhərində yaşayan, Gədəbəy rayon sakini, 1987-ci il təvəllüdlü Elvin Vidadi oğlu Katibli bıçaqlanmış vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

E.Katiblinin kim tərəfindən və hansı səbəbdən qətlə yetirildiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!