ÇıxışYolu.Com - Gəncədə təhlükəli tapıntı

ÇıxışYolu.Com – Gəncədə təhlükəli tapıntı

Baxış sayı: 2. 256 dəfə baxılıb.

Gəncə şəhərində partlamamış hərbi sursat tapılıb. 

Bu barədə ÇıxışYolu.Com-a Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib. 

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis şöbəsinin əməkdaşları Gəncə şəhəri, Kəpəz rayonu, Xəqani küçəsi 16 ünvanında bir ev və həyətyanı sahəyə baxış keçiriblər.

Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən bir ədəd F-1 əl qumbarası və 1 ədəd UZRQM partladıcısı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

ÇıxışYolu.Com - Gəncədə təhlükəli tapıntıÇıxışYolu.Com - Gəncədə təhlükəli tapıntıÇıxışYolu.Com - Gəncədə təhlükəli tapıntı

www.ÇıxışYolu.Com