ÇıxışYolu.Com - Gəncədəki güclü partlayışdan sonra yaralı belə xilas edildi

ÇıxışYolu.Com – Gəncədəki güclü partlayışdan sonra yaralı belə xilas edildi

Baxış sayı: 2. 550 dəfə baxılıb.

ÇıxışYolu.Com - Gəncədəki güclü partlayışdan sonra yaralı belə xilas edildi

Gəncə şəhərində partlayış zamanı yaralının dağıntılar altından çıxarılmasının görüntüləri yayılıb.

ÇıxışYolu.Com-ın məlumatına görə, bu barədə videonu Fövqəladə Hallar Nazirliyi yayıb.

Xilas edilən şəxs 1997-ci il təvəllüdlü Məmmədli Orxan Oktay oğludur. O, xilas edilərkən hərbi formada olub.

Qeyd edək ki, qaz sızması nəticəsində dördmərtəbəli binanın bir hissəsi uçub və dağıntılar altından 1994-cü il təvəllüdlü Cumazadə Cuma Saleh oğlunun meyiti çıxarılıb. 


Axtarış işlərinin sürətləndirilməsi üçün əlavə olaraq Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və kinoloji qrupu xüsusi təlim keçmiş itlərlə Aviasiya dəstəsinin helikopteri ilə Bakıdan Gəncə şəhərinə gətirilib.

İlhamə Əbülfət
www.ÇıxışYolu.Com