ÇıxışYolu.Com – “Google” və “Facebook” cərimələndi

Baxış sayı: 3. 090 dəfə baxılıb.

ÇıxışYolu.Com - “Google” və “Facebook” cərimələndi

ABŞ-ın informasiya texnologiyaları nəhəngləri “Google” və “Facebook” ABŞ-da siyasi reklam işi ilə bağlı iddiaların təmin olunması məqsədilə 455 min dollar ödəməli olacaq.

ÇıxışYolu.Com xəbər verir ki, bu haqda Vaşinqton ştatının baş prokuroru Bob Ferqüsyonun bəyanatında deyilir.

Bəyanata əsasən, “Google” korporasiyası 217 min dollar, “Facebook” isə 238 min dollarından keçməli olacaq. Şirkətlərin siyasi elanların şəffaflığının qorunması ilə bağlı yerli qanunvericiliyin tələblərini pozduğu qeyd olunur.

İddiaya görə, korporasiyalar reklam sifarişçiləri haqqında məlumatların toplanması, saxlanılması və yayımlanması ilə bağlı qaydalara əməl etməyib.

Prokurorluq bildirib ki, bu dövr ərzində siyasi postlar və siyasi komitələrə olan namizədlər “Facebook”a reklama görə 5,1 milyon dollar, “Google”a isə 1,5 milyon dollar ödəyib.

www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!