Türkiyədə fəaliyyət göstərən azərbaycanlı yazar və aktrisa Gülay Hüseynova “Show” TV-də yayımlanan“Yeni gelin” serialında rol alacaq.
Sənətçi 57-ci seriyadan etibarən fizioterapist Oksana rolunu canlandıracaq.
Aktrisa ÇıxışYolu.Com-a açıqlamasında bildirib ki, serialın çəkilişləri bir müddətdir davam edir:
“Serial Adanada çəkilir, ona görə İstanbulla Adana arasında “get-gəl”də qalmışam. Amma işim əyləncəlidir.
Qeyd edək ki, o, bundan əvvəl “Star” TV-də yayımlanan “Kalbimin sultanı” serialında rol almışdı.