ÇıxışYolu.Com – Gürcüstan larisi kəskin ucuzlaşdı

Baxış sayı: 2. 570 dəfə baxılıb.

ÇıxışYolu.Com - Gürcüstan larisi kəskin ucuzlaşdı

Noyabrın 1-də Gürcüstan Milli Bankının məzənnəsinə əsasən 1 ABŞ dolları 2,7203 GEL-ə dəyişdirilir. Bu, son iki ildə ən aşağı göstəricidir.

ÇıxışYolu.Com-ın məlumatına görə, bundan bir qədər əvvəl 1 dollar 2,50 və ya 2,55 lariyə dəyişdiriləndə hökumət təcili tədbirlərin görüləcəyini və milli valyutanın ucuzlaşmasının qarşısının alınacağını bildirmişdi. 

Lakin bu gün lari dollar, avro və Azərbaycan manatı qarşısında xeyli ucuzlaşıb.

Noyabrın 1-də 1 avro – 3.0848, 1 manat isə 1.6044 lariyə bərabər olub. 

Ekspertlərin fikrincə larinin ucuzlaşması davam edəcək və 1 dollar 3 lariyə qədər bahalaşacaq. Bu da ölkədə istehlak qiymətlərinin kəskin artmasına səbəb olacaq.

Məlumat üçün bildirək ki, son üç ayda Gürcüstanda avtomobil yanacağının qiyməti 15-35 tetri, çörəyin qiyməti isə 10-20 tetri arasında bahalaşıb.

www.ÇıxışYolu.Com