ÇıxışYolu.Com - Gürcüstanda Azərbaycan vətəndaşlarının olduğu taksiyə silahlı basqın

ÇıxışYolu.Com – Gürcüstanda Azərbaycan vətəndaşlarının olduğu taksiyə silahlı basqın

Baxış sayı: 2. 330 dəfə baxılıb.

Gürcüstan-Azərbaycan sərhədində yerləşən “Sınıq körpü” sərhəd-keçid məntəqəsi yaxınlığında taksiyə silahlı basqın olub.

ÇıxışYolu.Com Report-a istinadən xəbər verir ki, taksidə Gürcüstana səfər edən Azərbaycan vətəndaşları olub.

Bu gün səhər baş verən insident zamanı cinayətkarlar taksinin yolunu avtomobillə kəsiblər. Onlar maşından çıxaraq taksi sürücüsünü döyməyə başlayıblar. Taksidə olan Azərbaycan vətəndaşlarının da xəsarət aldıqları bildirilir.

Basqınçılar pul və maşının açarını götürərək hadisə yerindən qaçıblar.

Taksi sürücüsünün oğlu Aynur Məmmədovun bildirdiyinə görə, cinayətkarlar BMW maşınında olublar:

“Avtomobildən 4-5 nəfər maskalı şəxs çıxdı və atəş açdılar. Maşındakıların hamısı huşunu yarı itirmiş vəziyyətdə olub. Atamı amansızcasına döyüblər. Sərnişinlərə də fiziki güc tətbiq ediblər, lakin onların vəziyyəti elə də ağır deyil”.

Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı basqın maddəsi ilə cinayət işi açıb. Cinayətkarları beş ildən yeddi ilədək həbs cəzası gözləyir. 

www.ÇıxışYolu.Com