ÇıxışYolu.Com - Hacı Nuranın görüntüsü dünyaca məşhur səhifədə

ÇıxışYolu.Com – Hacı Nuranın görüntüsü dünyaca məşhur səhifədə

Baxış sayı: 2. 592 dəfə baxılıb.

Tanınmış aparıcı Hacı Nuranın şəkil çəkdirmək sevdası hər kəsə məlumdur.

Nuranın dünya ulduzlarından tutmuş robot Sofiyaya qədər hamı ilə fotosu var.

O, hər zaman fotolarını sosial mediada paylaşır, hər kəsin ad günü və bəd günlərini yada salır. Bu dəfə isə fərqli bir hadisə baş verib.


ÇıxışYolu.Com xəbər verir ki, bu günlərdə aparıcının fotosu məşhur səhifələrdə paylaşılmağa başlanıb.

Belə ki, dünya şöhrətli müğənni Meray Kerrinin fan səhifələri ifaçının Hacı Nuranla görüntüsünü paylaşaraq, “Meray Kerri Bakıda jurnalist Hacı Nuranla” rəyini yazıblar.

Nuran isə bundan fərəhlənərək “screenshoot” edib və fotonu səhifəsində paylaşıb.

.
www.ÇıxışYolu.Com