ÇıxışYolu.Com – Hindistanda qatar onlarla insanın üstündən keçdi

Baxış sayı: 2. 446 dəfə baxılıb.

ÇıxışYolu.Com - Hindistanda qatar onlarla insanın üstündən keçdi

Hindistanda qatarın altında qalaraq ölən insanların sayı 60-a çatıb. 

ÇıxışYolu.Com xəbər verir ki, hadisə nəticəsində 70-dən çox adam xəsarət alıb. 

Xəsarət alanların əksəriyyətinin vəziyyəti ağır kimi dəyərləndirilir.

19.36

Hindistanda qatar onlarla adamı vuraraq öldürüb. 

ÇıxışYolu.Com İndia.TV-yə istinadən xəbər verir ki, hadisə Daşar bayramı ilə əlaqədar keçirilən tədbirlər zamanı baş verib.

İstisna deyil ki, insanlar yanan fişənglər üzündən dəmir yolu xəttinə çıxıblar və bu zaman qatar altında qalıblar. Digər versiyaya görə, onlar bayram şənliyini dəmir yolu xəttində duraraq izləyiblər.

Bəzi məlumatlara görə, hadisə nəticəsində 50-dək adam ölüb. 

www.ÇıxışYolu.Com