ÇıxışYolu.Com - Hövsanda maşın piyadanı vurdu, sürücü qaçdı

ÇıxışYolu.Com – Hövsanda maşın piyadanı vurdu, sürücü qaçdı

Baxış sayı: 2. 482 dəfə baxılıb.

Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində avtomobil piyadanı vurub. 

ÇıxışYolu.Com xəbər verir ki, şəxsiyyəti məlum olmayan sürücü hadisə yerindən qaçıb. 

Vurulan piyadanı ərazi üzrə Post Patrul Xidmətinin əməkdaşları görüblər. Hadisə yerinə təcili tibbi yardım maşını çağırılıb. Xəsarət alan şəxs 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb, vəziyyəti orta ağır kimi qiymətləndirilir. 

Piyadanın şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı 30-cu Polis Bölməsində araşdırma aparılır.

ÇıxışYolu.Com - Hövsanda maşın piyadanı vurdu, sürücü qaçdıÇıxışYolu.Com - Hövsanda maşın piyadanı vurdu, sürücü qaçdı

ÇıxışYolu.Com - Hövsanda maşın piyadanı vurdu, sürücü qaçdıwww.ÇıxışYolu.Com