ÇıxışYolu.Com – İdmançılarımız dünya çempionatından səkkiz medalla qayıdıb

Baxış sayı: 2. 123 dəfə baxılıb.

ÇıxışYolu.Com - İdmançılarımız dünya çempionatından səkkiz medalla qayıdıb

15-18 noyabrda BƏƏ-nin Dubay şəhərində WFM (World Federation of Elite Martial Arts) versiyası üzrə dünya çempionatı keçirilib.

ÇıxışYolu.Com xəbər verir ki, 32 dövlətin idmançılarının qatıldığı bu yarışda Azərbaycan 12 nəfərlə təmsil olunub.

Onlardan kikboksinqin K1 versiyası üzrə döyüşən İbrahim Məmmədov (-68 kq) və Şahin Mahmudov (+91 kq) qızıl medal qazanıb. Daha bir qızıl medalçımız MMA-da döyüşən İlkin Səfərov (-85) olub.

Daha iki idmançımız gümüş, üçü isə bürünc medal qazanıb.

Belə ki, Əfqan Hüseynov (-68 kq), Elçin Qurbanzadə (-81 kq) gümüş, Emin Kərimov (-81 kq), İqbal Əzimov (-56 kq) və Xəyal Cəmilbəyli (-77 kq) isə bürünc medala layiq görülüb. Son iki idmançı MMA-da qüvvəsini sınayıb.

Qeyd edək ki, üç qızıl medal qazanan idmançımızdan İbrahim Məmmədovla İlkin Səfərov Daxili İşlər Nazirliyinin əməkdaşıdır. Səfərov mayor, Məmmədov isə Çevik Polis Alayının çavuşudur. Şahin Mahmudov isə Dövlət Miqrasiya Xidmətinin Daxili Təhlükəsizlik İdarəsinin şöbə rəisidir, eyni zamanda, əməkdar idman ustasıdır.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com