Kimlərsə köhnə, lazımsız əşyalarını sataraq pul qazanır, kimlərsə də evində olmayan əşyaları bu ünvanlardan daha ucuz qiymətə tapır. Söhbət ikinci əl məişət əşyalarının alış və satışı mərkəzlərindən gedir.
Satıcılar bildiriblər ki, yay mövsümünün sonunda kirayə qalan tələbələrin paytaxta gəlişi ilə əlaqədar təmir olunub, yenidən satışa çıxarılan əşyalara daha çox tələbat olur.
Qiymətlərə gəldikdə isə 25 manatdan başlayaraq, 30, 40, 80 manat arasında dəyişir.
Vüqar adlı usta 20 ildən çoxdur bu işlə məşğuldur.
Onun sözlərinə görə ikinci əl paltaryuyan maşınlar 80, soyuducular 100 ,200, 250 manat arasında dəyişir.
Məsələ barədə Baku TV reportaj hazırlayıb.