İndoneziyada baş verən sunami nəticəsində ölənlərin sayı 334-ə çatıb.
ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı “Antara” agentliyi İndoneziyanın Fövqəladə Hallar Xidmətinə istinadən məlumat yayıb.
Bundan başqa, agentlik bu gün səhər saatlarında İndoneziyada 5,1 bal gücündə yenidən zəlzələ baş verdiyini və növbəti sunami təhlükəsinin elan olunduğunu yazıb.
08:50
İndoneziyada baş verən sunami nəticəsində ölənlərin sayı 281-ə çatıb.
ÇıxışYolu.Com xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyinin rəsmisi “Twitter” hesabında yazıb.
Bildirilib ki, hadisə zamanı daha 1016 nəfər xəsarət alıb.
Qeyd edilib ki, 57 nəfərin taleyi ilə bağlı heç bir məlumat yoxdur. Dörd mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb, 250-dən çox ev isə tamamilə dağılıb.
23 dekabr, 13:06
Dekabrın 22-də axşam saatlarında İndoneziyada baş verən sunami nəticəsində ölənlərin sayı 168 nəfərə çatıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu haqda Frans Press nəşrinə Fövqəlada Halların aradan qaldırılması idarəsinin nümayəndəsi Sutopo Purvo Nuqroxo danışıb.
Təbii fəlakət nəticəsində 745 nəfər yaralanıb, 30 nəfər itkin düşüb.
Qeyd edək ki, sunami şənbə günü yerli vaxtla saat 21:27-də İndoneziyanın qərb sahillərində baş verib.