İndoneziyanın Sulavesi adasında zəlzələ və sunami nəticəsində ölənlərin sayı 384-ə yüksəlib.
ÇıxışYolu.Com Lenta.ru-ya istinadla xəbər verir ki, yerli hakimiyyət yüzlərlə insanın itkin düşdüyünü və bu səbəbdən ölü sayının artacağını bildiriblər.
Təbii fəlakətdən ən çox Palu şəhəri əziyyət çəkib.
Sentyabrın 28-də İndoneziyada 7,7 bal gücündə zəlzələ olub. Yeraltı təkanlardan sonra adaya iki metr hündürlükdə dalğa gəlib.