ÇıxışYolu.Com – İngiltərədə Mxitaryana qəzəbləndilər: London Azərbaycanın olaydı

Baxış sayı: 2. 440 dəfə baxılıb.

“Arsenal”ın azarkeşləri Henrix Mxitaryana əsəbiləşib.

ÇıxışYolu.Com xəbər verir ki, buna səbəb İngiltərə Premyer Liqasının son turunda “Bornmut”la görüşdə erməni futbolçunun zəif çıxışı və ələ düşən şansları sağa-sola xərcləməsi olub. 

Komandanın fanatlarının “Facebook”da səhifələrindən “London is Red, Bitches” adlı biri maraqlı paylaşım edib:

“Arzulayıram ki, London Azərbaycanın bir hissəsi olaydı və Mxitaryan ora buraxılmayaydı”.

Prosport.Az adlı şəxsin şəkli.

Əldə etdiyimiz məlumata görə, 250 minlik bu səhifəni işlədən adminlərdən biri Londonda təhsil alan azərbaycanlıdır.

Xatırladaq ki, rəsmi Bakı Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfər etdiyi üçün Ermənistan vətəndaşı olan Henrix Mxitaryanın ölkəmizə girişinə qadağa qoyub. Bu səbəbdən o, 2015-ci ildə “Borussiya”da (Dortmund) oynayarkən Bakıda “Qəbələ”, bu il isə “Arsenal”la “Qarabağ”la oyuna gələ bilməyib.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com