İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasımi İsrail baş naziri Binyamin Netanyahunun Tehranda nüvə materialları anbarının olması barədə bəyanatını təkzib edib.
ÇıxışYolu.Com xəbər verir ki, Qasımi bu bəyanatı gülünc adlandırıb.
“ABŞ və İsrailin İrana qarşı ssenarisi baş tutmayandan sonra bu gülünc bəyanatlar və İsrail baş nazirinin şousu gözlənilməz olmadı. Bu haqda heç danışmağa belə dəyməz”, – deyə o vurğulayıb.
Qeyd edək ki, Netanyahu BMT tribunasından İsrail kəşfiyyatının Tehranda nüvə avadanlığı və materiallarının saxlanıldığı anbar aşkarladığını bəyan edib. O, anbarın peykdən çəkilmiş şəklini də göstərib.