ÇıxışYolu.Com - İran vətəndaşları Azərbaycana narkotik keçirmək istədilər

ÇıxışYolu.Com – İran vətəndaşları Azərbaycana narkotik keçirmək istədilər

Baxış sayı: 2. 496 dəfə baxılıb.

ÇıxışYolu.Com - İran vətəndaşları Azərbaycana narkotik keçirmək istədilər

Oktyabrın 10-da saat 02:40 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı rayon Arvana kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İran İslam Respub­likasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozan iki nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə olunub.

Bu barədə ÇıxışYolu.Com-a DSX-nın mətbuat xidmətindən məlumat verilib.

Hərbi qulluqçular tərəfindən sərhəd pozucuları saxlanılaraq sər­həd zastavasına gətirilib, onların üzərinə baxış keçirilərkən bir ədəd qara rəngli əl çantasının içərisində altı ədəd polietilen bağlamada 5 kq tiryək aşkar edilib.

Saxlanılmış sərhəd pozucularının şəxsiyyəti müəyyənləşdirilib, onların İran İslam Respublikası vətəndaşları – 1990-cı il təvəllüdlü Pənahi İbrahim Əli və 1993-cü il təvəllüdlü Nəravi Mehdi Əhməd olmaları məlum olub.

Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

www.ÇıxışYolu.Com