İranın Əhvaz şəhərində hərbi paraddakı terror aktından sonra bazar ertəsi, sentyabrın 24-ü milli matəm günü elan edilib.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə İran prezidentinin rəsmi saytında məlumat verilir.
Ölkə hökuməti bütün ölənlərin və yaralıların ailələrinə başsağlığı verib.
Qeyd edilir ki, terror aktı nəticəsində ölənlər sentyabrın 24-də torpağa tapşırılacaq.
Bundan əlavə rəsmi Tehran qonşu dövlətləri terror aktında əli olan qruplaşmalara qarşı ciddi tədbirlər görməyə çağırıb.