ÇıxışYolu.Com – İrina Netreba: Qələbəmi anama həsr edirəm

Baxış sayı: 2. 397 dəfə baxılıb.

ÇıxışYolu.Com - İrina Netreba: Qələbəmi anama həsr edirəm

İrina Netreba (65 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında medal qazanan ilk qadın güləşçimiz olub. 

ÇıxışYolu.Com xəbər verir ki, 27 yaşlı güləşçi bürünc medal əldə etdikdən sonra mundialdakı çıxışı haqqında bunları deyib: 

“Sözsüz ki, medal uğrunda görüş çətin keçdi. Amerikalı rəqibimi daha öncədən tanıyırdım. İlk dəfə dünya çempionatında medal qazandım. Bu “bürünc”ü Avropa çempionatında əldə etdiyim gümüş medaldan daha dəyərli sayıram. 

Məni sevindirən məqamlardan biri daha əvvəl uduzduğum çinli güləşçidən əvəz çıxmağım oldu. Şəxsi məşqçimə və yığmanın məşqçilərinə, bütün komandamıza təşəkkür edirəm. Qələbəmi anama həsr edirəm”.

Səbuhi MUSAYEV

www.ÇıxışYolu.Com