ABŞ və İraq xüsusi təyinatlıları İŞİD terror təşkilatını maliyyələşdirməklə məşğul olan 10 nəfəri həbs edib.
ÇıxışYolu.Com Newsru.co.il portalına istinadla xəbər verir ki, həbslər oktyabrın 7-9-da Bağdad və Ərbildə keçirilib.
“Bu, İŞİD-in potensialına ağır zərbə olub. Həbslər onu göstərir ki, terrorçuları maliyyələşdirənlər cəzadan qaça bilməyəcək”, – İraq tərəfdən əməliyyatlara rəhbərlik edən general-mayor Patrik Roberson deyib.
ÇıxışYolu.Com yeniləndi!