ÇıxışYolu.Com – İsrail ordusu Qəzzanı bombardman etdi

Baxış sayı: 2. 177 dəfə baxılıb.

ÇıxışYolu.Com - İsrail ordusu Qəzzanı bombardman etdi

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Qəzza zolağının müxtəlif rayonlarına aviazərbələr endirib.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Aviareyslər Qəzza zolağından İsrail ərazisinə atılan raketlərə cavab olaraq həyata keçirilib.

“Ötən gün axşam saatlarında Qəzza zolağından İsrail ərazisinə 14 raket atılıb, onlardan səkkizi “Dəmir qübbə” sistemləri tərəfindən ələ keçirilib”, – məlumatda deyilir.

Bildirilir ki, buna cavab olaraq İsrail ordusu HƏMAS hərəkatının bir neçə mövqeyini bombardman edib.

www.ÇıxışYolu.Com