İsrail baş naziri Binyamin Netanyahu Avropa ölkələrini Tehran rejiminə müqavimət göstərməməkdə ittiham edib.
ÇıxışYolu.Com xəbər verir ki, Netanyahu Nazirlər Kabinetinin iclasında dünya birliyini terror təşkilatları ilə mübarizə üçün birləşməyə çağırıb.
O qeyd edib ki, İŞİD-lə (“İslam Dövləti” qruplaşması ) bağlı məsələdə bu tendensiya sezilsə də, İrana münasibətdə müşahidə olunmur.
Netanyahu Avropa dövlətlərini ABŞ prezidenti Donald Trampın Tehran rejiminə qarşı yönəlik səylərinə dəstək verməyə çağırıb.