İtaliyanın dənizkənarı Ankona şəhərində yerləşən gecə klublarından birində yaranmış basırıq zamanı altı nəfər ölüb, 100-dən çox insan yaralanıb.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə BBC məlumat yayıb.
Yaralılardan onunun vəziyyətinin ağır olduğu bildirilir.
Yerli mətbuatın məlumatına əsasən, içəridə kiminsə gözyaşardıcı qazdan istifadə etməsi nəticəsində insanlar təşvişə düşüb və qapılara doğru qaçmağa başlayıblar.
Polis rəsmiləri hələ ki, bu versiyanı təsdiqləməyib.
Qeyd edək ki, klubda tanınmış İtaliyalı reper Sfera Ebbastanın konserti keçirilirdi, və həmin gecə orada minə yaxın insanın toplaşmışdı.
ÇıxışYolu.Com yeniləndi!