Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski Özbəkistanın Buxara şəhərində yerli insanlarla görüşdə rəqs edib.
ÇıxışYolu.Com Ren.TV-yə istinadən xəbər verir ki, Jirinovski səfər çərçivəsində həmçinin özbəkistanlı həmkarları ilə görüşüb.
Bildirilir ki, rusiyalı siyasətçi restoranda quzunun bişirilməsi prosesinə baxıb, habelə yerli sakinlərlə selfi edib.