Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Yevlax rayon Baytarlıq İdarəsinin rəisi Kərimov Vaqif Nofər oğluna qarşı cinayət işi açılıb.
ÇıxışYolu.Com-ın əldə etdiyi xəbərə görə, V.Kərimov külli miqdarda mənimsəmədə ittiham edilir.
Belə ki, o, idarənin saxlanılması üçün ayrılan büdcə vəsaitindən 64 min manatı mənimsəyərək, vəzifə səlahiyyətlərindən sui-istifadə edib.
Buna görə V.Kərimova qarşı Cinayət Məcəlləsinin 179.2.3 (Mənimsəmə və ya israf etmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi açılıb.
Etibar Məmmədov
www.ÇıxışYolu.Com