ÇıxışYolu.Com – Kabildə terror: 43 ölü

Baxış sayı: 3. 074 dəfə baxılıb.

ÇıxışYolu.Com - Kabildə terror: 43 ölü

Kabildə terrorçuların hökumət binasına etdiyi silahlı hücum nəticəsində azı 43 nəfər həyatını itirib, daha 10 nəfər yaralanıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu haqda “Tolo News” telekanalı Əfqanıstan Səhiyyə Nazirliyinin rəsmisi Vahid Məcruhəyə istinadən məlumat yayıb.

Bundan əvvəl 28 nəfərin öldüyü, üç nəfərin yaralandığı xəbər verilirdi.

Xatırladaq ki, bazar ertəsi Əfqanıstanın İctimai İşlər Nazirliyinin Kabildəki binası qarşısında ardıcıl üç partlayış baş verib. Terrorçular binaya daxil olaraq, insanları girov saxlayıb.

Xüsusi təyinatlı döyüşçülərin keçirdiyi əməliyyatdan sonra hər üç cinayətkar məhv edilib, hökumət binası və girovlar azad edilib.

 

www.ÇıxışYolu.Com