ÇıxışYolu.Com – Kadırov beş yaşlı uşağa “Mercedes” bağışladı

Baxış sayı: 2. 065 dəfə baxılıb.

ÇıxışYolu.Com - Kadırov beş yaşlı uşağa “Mercedes” bağışladı

Çeçenistan prezidenti Ramzan Kadırov 4105 jim vuran beş yaşlı uşağa ağ rəngli “Mercedes” bağışlayıb.

ÇıxışYolu.Com-ın xəbərinə görə, Çeçenistanın idman naziri Musa Xanakirov bildirib ki, Rəhim Kuriyev fasiləsiz olaraq 2 saat 26 dəqiqəyə 4105 jim vurub. Amma “Ginnesin Rekordlar Kitabı” bunu rəsmi olaraq qeydə almayıb.

Kadırov bildirib ki, Rəhim rekordunu yenidən nümayiş etdirəcək:

“Ümid edirəm ki, komissiya üzvlərinin bu jimləri saymağa səbri çatacaq”.

“Bu maşını sənə Əhməd Hacı Kadırov xeyriyyə fondunun prezidenti Aymani Kadırova adından verirəm. Bundan sonra atan səni bu maşınla gəzdirsin. Sən ağ “Mercedes”də gəzməyə layiqsən”, – Kadırov uşaqla görüş zamanı deyib.

Rəhim isə bildirib ki, beş min dəfədən çox jim edə bilər. Çempion elə yeni maşının kapotu üzərində öz qabiliyyətini nümayiş etdirib.

www.ÇıxışYolu.Com