ÇıxışYolu.Com – Kaliforniya gözəli faciəvi şəkildə öldü

Baxış sayı: 2. 232 dəfə baxılıb.

Narahat ayaqqabılarını çıxarmaq üçün yolun ortasında dayanan Kaliforniya gözəli faciəvi şəkildə ölüb. Bu zaman onu avtomobil vurub. 

ÇıxışYolu.Com “Life” portalına istinadla xəbər verir ki, Yana Lavrentyeva gecə saatlarında Los Ancelesin Ensino rayonunda avtomobilin təkərləri altında qalıb. 

Sürücü piyadaya kömək etmək əvəzinə hadisə yerindən qaçıb. 

ÇıxışYolu.Com - Kaliforniya gözəli faciəvi şəkildə öldü

Hadisə gecəsi Yana əri və dostları ilə restoranda şam edib. Bundan sonra onlar kofe içmək üçün yolu keçmək qərarına gəlib. Qızlar deyib ki, yaşıl işığın yanmasına 18 saniyə qalmış hadisə baş verib. 

ÇıxışYolu.Com - Kaliforniya gözəli faciəvi şəkildə öldü

Şahidlərin sözlərinə görə, “Toyota 4-Runner” avtomobili yolun ortasında dayanan modeli görüb və sürəti artırıb. Hazırda polis həmin şəxsin axtarışları ilə məşğuldur. 

“Biz reaksiya verə bilmədik. Hər şey qısa zamanda oldu, heç nə edə bilmədik”, – modelin rəfiqələrindən olan Yaroslava Markova bildirib. 

Yaroslava deyib ki, Yana yolun ortasında dayanan kimi onu vurub. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan qızın həyatını xilas etmək mümkün olmayıb. 

ÇıxışYolu.Com - Kaliforniya gözəli faciəvi şəkildə öldü

“Biz xoşbəxt ailə idik. Bütün vaxtımızı bir yerdə keçirirdik. Uşaqlarımıza hələlik analarının öldüyünü demək istəmirəm. Bu, onlar üçün ağrılı olacaq…”, – Yananın əri qeyd edib.

ÇıxışYolu.Com - Kaliforniya gözəli faciəvi şəkildə öldü

www.ÇıxışYolu.Com