İdmançı Kamil Zeynallı müğənni Gülay Zeynallıdan olan övladı ilə fotolarını sosial media hesabında paylaşıb.
ÇıxışYolu.Com xəbər verir ki, treyner özünü “ideal ata” adlandırıb.
“İdeal ata ola bilərəm, çünki həyatda ən əsas, ən vacib vəzifəm budur. Amma nə qədər ideal ata olsam da, ananın yerini heç bir ata doldura bilməz. Övlad atasız böyüyə bilər, ancaq anasız çox çətin. Övlad atadan yetim qalmır, anadan qalır.
Nə qədər qızımı dəlilər kimi sevsəm də, qızıma hər şey etsəm də, anasının yerini heç vaxt doldura bilmərəm. Düzünü desəm, çox anadan yaxşı atayam, lakin ana yenə anadır. Allah heç bir övladı valideynsiz böyütməsin, rəhmətə gedənlərə də rəhmət etsin”.
Qeyd edək ki, Gülay və Kamil cütlüyü 2010-cu ildə ailə qurub.
ÇıxışYolu.Com yeniləndi!