ÇıxışYolu.Com – Karate millimiz dünya çempionatında medal qazana bilər

Baxış sayı: 2. 522 dəfə baxılıb.

İspaniyanın paytaxtı Madriddə keçirilən karate üzrə dünya çempionatında kumite üzrə komanda yarışlarına start verilib.

ÇıxışYolu.Com xəbər verir ki, Rafael Ağayev, Şahin Atamov, Asiman Qurbanlı, Murad Hacızadə, Pənah Abdullayev, Turqut HəsənovRafiz Həsənovdan ibarət millimiz meydan sahibi İspaniyaya 3:1, Belarusa 2:1 və Misirə 3:1 hesabı ilə qalib gəlsə də, yarımfinalda Türkiyə ilə heç-heçə edib – 2:2. 

Lakin şəxsi görüşlərdə hesab 14:7 türklərin xeyrinə olduğundan, qardaş ölkə təmsilçiləri finala çıxıb. 

Millimiz noyabrın 11-də bürünc medal uğrunda görüşə çıxacaq.

Qeyd edək ki, bu gün həmçinin kumitedə İrina Zaretskaya və para-karatedə Sahib Əhədov final, beşqat dünya çempionumuz Rafael Ağayev isə bürünc medal görüşünə çıxacaq. Həlledici görüşlər İctimai TV vasitəsilə canlı yayımlanacaq.

ÇıxışYolu.Com - Karate millimiz dünya çempionatında medal qazana bilərÇıxışYolu.Com - Karate millimiz dünya çempionatında medal qazana bilərÇıxışYolu.Com - Karate millimiz dünya çempionatında medal qazana bilərÇıxışYolu.Com - Karate millimiz dünya çempionatında medal qazana bilərÇıxışYolu.Com - Karate millimiz dünya çempionatında medal qazana bilərÇıxışYolu.Com - Karate millimiz dünya çempionatında medal qazana bilərÇıxışYolu.Com - Karate millimiz dünya çempionatında medal qazana bilər

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com